BŞTİ-nin mənimsəmədə ittiham edilən keçmiş əməkdaşına hökm oxunub

Bakı Şəhər Təhsil İdarəsinin külli miqdarda mənimsəmədə təqsirləndirilən keçmiş əməkdaşı Şahin Təhməzovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Şahin Təhmazova 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib.
Qeyd edək ki, Şahin Təhməzov dövlət tərəfindən cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən xüsusi məktəbə ayrılan 84 min manat vəsaiti mənimsəməkdə ittiham olunub. İttihama görə, o, məktəbə bəzi əməkdaşları işə götürmüş kimi qeyd edib və dövlət tərəfindən məktəbə ayrılan həmin işçilərin maaşı kimi nəzərdə tutulmuş vəsaiti bir neçə il ərzində mənimsəyib. Şahin Təhməzova Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və digər maddələr üzrə yekun ittiham elan olunub.
Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO - YENİLƏNİB
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO












