Banner

Bu ərazidə piyadalar keçidi qoyub özlərini maşınların altına atırlar - VİDEO

Hadisə 12 Mart 2025 17:00 Oxunub 792
Bu ərazidə piyadalar keçidi qoyub özlərini maşınların altına atırlar    - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində kütləvi şəkildə qayda pozan piyadalar kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz hadisə martın 10-da saat 18:57 radələrində qeydə alınıb. Videodan da göründüyü kimi, piyadalar yolu təyin olunmamış yerdən keçərək həm öz həyatlarını, həm də sürücüləri təhlükəyə atıblar. Hətta onların bir qismi yaxınlaşan maşınlara əhəmiyyət vermədən yolu keçiblər. Digərləri isə qaça-qaça yolu keçərək son saniyədə qəzaya düşməkdən xilas olublar. 

Qeyd edək ki, yaxınlıqda yerüstü piyada keçidi mövcuddur. Lakin məsuliyyətsiz piyadalar nəqliyyat vasitələrinin intensiv hərəkətdə olduğu yoldan istifadə edərək qəza riskinə səbəb olurlar. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh