Bu ərazidə piyadalar yolu necə gəldi keçib qəza təhlükəsi yaradırlar - VİDEO

Paytaxtın bəzi ərazilərində piyadalar mütəmadi olaraq qayda pozurlar. Belə ki, onlar hərəkətdə olan nəqliyyat vasitələrinə əhəmiyyət vermədən yolu keçirlər. Xüsusilə yaranmış sıxlıqdan sui-istifadə edən piyadalar kifayət qədərdir.
Yasamal rayonu “20 Yanvar” metrostansiyası yaxınlığında da eyni vəziyyət hökm sürür. Belə ki, qayda pozan piyadalar yolu istədikləri zaman keçərək həm öz həyatlarını, həm də sürücüləri təhlükəyə atırlar. Sözügedən ərazidə qayda pozan piyadalardan biri qəzadan son anda xilas olub.
Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz hadisə bir neçə gün əvvəl günorta saatlarında qeydə alınıb. Görüntüdən də aydın olduğu kimi, orta yaşlı kişi maşınlara arasından rahat şəkildə yolu keçir. Bu zaman hərəkətdə olan motosiklet sürücüsü onu son anda görərək hərəkətini saxlayır. Lakin piyada heç nə olmamış kimi yoluna davam edir.
Qeyd edək ki, görüntü sosial şəbəkədə müzakirələrə səbəb olub. İstifadəçilər piyadanı qınaq obyektinə çeviriblər.
Nərmin
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












