Bu ölkə kokain müsadirəsinə görə YENİ REKORDA DOĞRU GEDİR

İsveç kokainin müsadirə edilməsi hallarında kəskin artımla üzləşib, bu da ölkədə artan qlobal narkotik bazarından xəbər verir. Avtosfer.az “AZƏRTAC”a istinadən xəbər verir ki, son doqquz ildə müsadirə olunan narkotik vasitələrin həcmi 4 min faiz artıb. Məsələn, 2023-cü ildə İsveç gömrüyü 1227 kq kokain müsadirə edib, 2024-cü ildə isə bu rəqəm artıq 1482 kq-ı keçib.
Ekspertlər tədarükün artımını Cənubi Amerikada kokain istehsalının genişlənməsi ilə əlaqələndirirlər. “The Washington Post” qəzetinin yazdığına görə, Cənubi Amerikada kokain istehsalı son on ildə iki dəfə çoxalıb. Dünya tarixində ən məşhur narkobaronlardan biri olan Pablo Eskobarın vəfat etdiyi 1993-cü ildən bəri koka kollarının becərildiyi sahə 5 dəfə artıb. Kolumbiyadakı siyasi dəyişikliklər və ticarətə nəzarətin siyasi maraqları olmayan yeni qruplara keçməsi narkotiklərin yayılmasına səbəb olub.
İsveç xüsusilə limanları və logistika marşrutları vasitəsilə “Avropa kokain tədarükü zənciri”ndə əhəmiyyətli bir halqaya çevrilir. Narkotiklərin əksər hissəsi qanuni konteyner daşımaları vasitəsilə gəlir. Gömrük əməkdaşlarının sözlərinə görə, bir konteyner daşımalarının tam yoxlanılması altı nəfərin tam iş gününü tələb edir, bu isə bütün axının yalnız kiçik bir hissəsidir. Artan təhlükə ilə effektiv mübarizə aparmaq üçün İsveçin beynəlxalq əməkdaşlığın gücləndirilməsi və gömrük və polis xidmətləri üçün resursun artırılmasına ehtiyacı var.
Mütəxəssislər qeyd edirlər ki, kokain artıq sırf varlılar üçün narkotik deyil. Qiymətlərin aşağı salınması onu daha geniş əhali kütləsi üçün əlçatan edib ki, bu da hüquq-mühafizə orqanlarında narahatlıq doğurur.
Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 10 yaralı var - VİDEO
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI










