Bu ölkədə 59 nəfər həbs edildi: Aralarında vətəndaşlarımız var - VİDEO

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi ölkə ərazisində xüsusi miqrasiya nəzarəti əməliyyatları həyata keçirib. Həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil olmaqla 59 əcnəbi saxlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Gürcüstan DİN-in sosial şəbəkə hesabında məlumat yerləşdirilib.
Saxlanılanlar arasında Keniya, Türkiyə, Rusiya, Hindistan, Misir, Qana, Efiopiya, Özbəkistan, Filippin, Sudan, Kamerun, Çin və Azərbaycan vətəndaşları var.
Xəbərdə bildirilir ki, əməliyyat zamanı Gürcüstan ərazisində heç bir qanuni əsas olmadan yaşayan xarici ölkə vətəndaşlarını müəyyən etmək məqsədilə müxtəlif təyinatlı obyektlər və konkret məkanlar yoxlanılıb. Məlum olub ki, saxlanılan şəxslər ölkə ərazisində Gürcüstanın "əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında" qanununun tələblərini pozaraq yaşayıblar.
Hazırda həmin şəxslər Miqrasiya İdarəsinin müvəqqəti saxlama mərkəzinə yerləşdiriliblər. Onların ölkədən deportasiya edilməsi üçün müvafiq hüquqi prosedurlar həyata keçirilir.
DİN-dən bildirilib ki, qanunvericiliyə edilən dəyişikliklər qüvvəyə mindikdən sonra Miqrasiya İdarəsi tərəfindən 160 xüsusi miqrasiya nəzarəti tədbiri keçirilib. Bu yoxlamalar zamanı ümumilikdə 18 min əcnəbi vətəndaş yoxlanılıb, aşkar edilən 1000 nəfər qanunsuz miqrant isə artıq Gürcüstandan deportasiya edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












