Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO

Salyan rayonunun Stansiya qəsəbəsində yolun vəziyyəti narazılığa səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, izləyicilərdən biri bununla bağlı redaksiyanın “WhatsApp” ünvanına videomaterial göndərib.
Kadrlardan görünür ki, yolun asfalt örtüyü yoxdur və səthində çoxsaylı nahamarlıqlar yaranıb. Bu isə ərazidə avtomobillərin hərəkətini çətinləşdirir. Sürücülər nəqliyyat vasitələrini aşağı sürətlə idarə etmək məcburiyyətində qalırlar.
Şikayətçinin sözlərinə görə, qəsəbədə təkcə yolun vəziyyəti deyil, piyadaların hərəkəti üçün şəraitin olmaması da ciddi problemdir. Belə ki, ərazidə səkilər də yoxdur.
O bildirib ki, yaxınlıqda məktəb və xəstəxana fəaliyyət göstərməsinə baxmayaraq, yolun və piyada infrastrukturunun vəziyyəti ürəkaçan deyil. Bu da həmin ərazidən istifadə edən sürücülər və piyadalar üçün əlavə çətinliklər yaradır.
Nərmin
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR












