Bu şəhər 100 ildə 12 metr çöküb - FOTO

Dünyanın ən böyük şəhərlərindən biri olan Mexiko ciddi təhlükə ilə üz-üzədir.
Şəhər sürətlə çökür. Peykdən çəkilmiş görüntülər problemin nə dərəcədə dərin olduğunu göstərir.
Avtosfer.az xəbər verir ki, Meksika paytaxtının yerləşdiyi ərazi o qədər sürətlə çökür ki, prosesin miqyasını artıq kosmosdan müşahidə etmək mümkündür.
NASA-nın çəkdiyi peyk görüntüləri şəhərin ildə təxminən 25 santimetr çökdüyünü göstərir.
Səbəb yeraltı suların intensiv çıxarılması və geoloji xüsusiyyətlərdir. Belə ki, şəhər qədim gölün yerində salınıb.
Bu, su laylarının nazikləşməsinə və qruntun tədricən dağılmasına gətirib çıxarıb.
Vəziyyət getdikcə ağırlaşır. 100 ildə Meksika paytaxtı 12 metr çöküb.
Alimlər bildirirlər ki, fəsadlar artıq 22 milyon əhalisi olan şəhərdə mühüm infrastruktura öz təsirini göstərir. Yollar deformasiyaya uğrayır, evlərdə çatlar yaranır, metroda problemlər müşahidə olunur.
Benito Xuares adına Beynəlxalq Hava Limanının ərazisində və paytaxtın əsas prospektində yerləşən “Müstəqillik mələyi” abidəsinin yaxınlığında torpaq daha sürətlə çökür.
Ekspertlər xəbərdarlıq edirlər ki, vəziyyət tezliklə nəzarət altına alınmasa, şəhər dağıntı riski ilə yanaşı, ciddi içməli su çatışmazlığı ilə də üzləşə bilər. Təcili tədbirlər görülməsə Mexiko geri dönüşü olmayan fəsadlarla üz-üzə qalacaq.
Torpaq qatı hərəkət etdiyindən köhnə borular çatlayır və sızmalar səbəbindən şəhər 40%-ə yaxın su itirir. İqlim böhranı və yağıntıların yetərsiz olması vəziyyəti bir az da ağırlaşdırır.
Nəticədə Mexikonun ayrı-arı rayonlarında evlər ümumiyyətlə susuz qala bilər. Ekspertlər çökmənin tamamilə dayandırılmasının çox mürəkkəb olduğu qənaətindədirlər.
Vüqar Yaşaroğlu

Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - FOTO
Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü
Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? - FOTO
Parkla yolu səhv salan piyada qəza təhlükəsi yaratdı - VİDEO
286 km/saat sürətdə təkər cırıldı, zərərçəkən olmadı - VİDEO
Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı
Muzeydən milyonlarla dəyəri olan nadir eksponat oğurlandı
Xırdalanda yolu qazıb yarımçıq qoydular – Sürücülər çətinlik çəkir - VİDEO












