Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO

Sabunçu-Maştağa yolunda yaranmış dərin çuxur sürücülər üçün ciddi təhlükə yaradır.
Avtosfer.az-ın məlumatına görə, bu barədə vətəndaşlardan biri sözügedən yolda çəkdiyi görüntüləri sosial şəbəkə hesabında paylaşıb.
Kadrlardan görünür ki, yolun bir hissəsi yararsız vəziyyətə düşüb. Yaranmış dərin çuxur ərazidən keçən nəqliyyat vasitələri üçün təhlükə yaradır. Bir sıra avtomobillərin çuxura düşməsi nəticəsində təkərlərinin partladığı da görüntülərdə aydın görünür.
Şikayətçinin sözlərinə görə, çuxura düşən motosiklet sürücüsü də qəza törədib. Nəticədə sürücü yıxılaraq ayağından xəsarət alıb.
Vətəndaş bildirib ki, xüsusilə gecə saatlarında çuxuru görmək çətinləşir. Bu isə sürücülərin təhlükəni vaxtında fərq etməməsinə və çuxura düşməsinə səbəb olur.
Nərmin
Qırmızıda yolu qaçaraq keçən yaşlı kişi təhlükəli anlar yaşatdı - VİDEO
İqlim dəyişikliyi milyonadək insanın ölümü ilə nəticələndi
Nizamidə işıq dirəyinin lampası az qala maşının üstünə düşəcəkdi - VİDEO
Çuxurlar yolu iflic edib, sürücülər əks yola çıxmağa məcbur qalır - VİDEO
Təcili yardıma yol verən sürücünün avtomobilini vurdu, sonra ərazidən qaçdı - VİDEO
Xocasən yolundakı çuxurlar ya ziyan vurur, ya da qəza riski yaradır - VİDEO
İçərişəhərdə maşınını park edən idmançı qiymətdən şoka düşdü - VİDEO
Biləcəridə nəhəng ağac yolu bağladı, işi yarımçıq qoyub getdilər - VİDEO
Xırdalanda güclü külək binanın dam örtüyünü uçurdu – VİDEO
Bakıda avtobus qəza törətdi: Ölən var
Sərhədi uçuş aparatı ilə pozan İran vətəndaşı saxlanıldı - DSX-dən ƏMƏLİYYAT - VİDEO












