Bülbül prospektində yanğın - VİDEO

Hadisə 21 Yanvar 2025 09:21 Oxunub 188
Bülbül prospektində yanğın - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yanğın baş verib.

Avtosfer.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 12kv.m. olan qarajda baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər qarajlara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində qarajın içərisinə yığılmış istifadəyə yararsız geyim və məişət əşyaları yanıb.

Yaxınlıqdakı digər qarajlar yanğından mühafizə olunub.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh