Bulvar İdarəsinin mühafizəçiləri vətəndaşa hücum çəkdi: "Ayə, söndür... Çəkmə!" - VİDEO

Hadisə 31 İyul 2024 20:06 Oxunub 1086
Bulvar İdarəsinin mühafizəçiləri vətəndaşa hücum çəkdi: "Ayə, söndür... Çəkmə!" - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sosial şəbəkələrdə Bakı bulvarının Səbail rayonu ərazisinə düşən hissəsində qurum təmsilçisi ilə vətəndaş arasında  mübahisə yaranıb.

Avtosfer.az xəbər verir ki, bulvarda yerə çəkilən velosiped zolağı ilə hərəkət edən skuter sürücüsünü Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları saxlayıb və yolun hərəkət hissəsinə çıxmasını bildiriblər. Buna səbəb kimi isə yerdə ayrılan zolaqda skuter işarəsinin çəkilməməsini göstəriblər.

Yaranan problemi öz telefonu ilə çəkmək istəyən vətəndaşa mane olmaqla isə Bulvar İdarəsinin mühafizəçiləri qanunvericiliyin tələblərindən bixəbər olduqlarını da təkrar sübuta yetirmiş olublar.

Belə ki, vətəndaşa əl-qol atan mühafizəçilər kobud ifadələrlə ondan vəsiqə tələb edib və çəkilişi dayandırmasını istəyiblər.

Dənizkənarı Bulvar İdarəsindən problemlə əlaqədar açıqlama almağa çalışsaq da gün ərzində bu mümkün olmayıb...

Səfər Əlizadə

ŞƏRH YAZ
Ad

E-mail

Şərh