Burnunun qığırdağı çürüyən BLOQER: "Ölə bilərdim" - VİDEO

Aparıcı Humay Muxtarovanın bloqer qızı Nuray əməliyyat olunub. Onun əməliyyatına səbəb burnuna etdiyi dolğulardan sonra səhhətində yaranan problem olub.
Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, bloqer Nuray Muxtarova bildirib ki, burnuna edilən dolğudan sonra qığırdağı çürüyüb:
"Mən dolğu prosesində daim bir xanımla əməkdaşlıq etmişəm. Onun dolğusundan dolayı heç vaxt problem yaşamamışam. İki il öncə burada bir kosmetoloq var idi, pul qarşılığında onu reklam etdim, elə burnumu da dedi ki, "gəl dolğu edək", burnuma dolğunu vurdu. Bundan sonra mən onun barəsində şikayətlər eşitdim. Məndə isə həmin zaman heç bir problem olmayıb. Sonradan həmin kosmetoloq xaricə köçdü. Həmin həkimin dolğu etdiyi başqa bir qızın da ayağı çürümüşdü.
Məndə problem olmadığına görə gedib yoxlanışdan keçmədim. Onun üzərindən 3-4 dəfə dolğu etdirmişəm. İndi nə bilim, hansı kosmetoloqun etdiyi dolğunun fəsadıdır. Mən heç bilmirdim ki, burnumda belə bir problem var. Boğazımda kista əmələ gəlmişdi, elə bilmişdim ki, zobdur. Həkimim dedi ki, "sənə təcili əməliyyat lazımdır, çünki sənin kanalın tıxanıb, sən nəfəs ala bilmirsən".
Əməliyyatda burnumu həkim açanda şoka düşüb. Burnumdan beynimə yeni kanal açılıb. Çirk beynimə yol edib. Burnumun qığırdağı çürüyüb. Hətta qabırğamdan qığırdaq götürüb burnuma qoymaq istəyiblər, anam icazə verməyib. Həkim 8 saat əməliyyat edib, iki dəfə narkoz almışam. Güclə təmizləyib, burnumu düzəldiblər, özümə gəlmişəm. Hazırda üzümdə şişkinliyim çoxdur. Baş ağrılarım olur. Bundan savayı vəziyyətim yaxşıdır. Həkimimdən çox razıyam ki, məni sağlamlığıma qovuşdurdu. Yoxsa mən ölə bilərdim. Həkimim 2 saatlıq əməliyyatı 8 saata bitirib".
N.Muxtarova burnunda yaranan problemdən dolayı heç kəsi günahlandıra bilməyəcəyini söyləyib:
"Burnumun bu vəziyyətdə olmasına görə heç kəsi günahlandıra bilmərəm. Həkimi bilsəm, anam başda gedər elə onu məhv edər. Burnuma dolğunu edən hər hansı bir həkimdə günah ola bilər, amma bunun hansı olduğunu bilmirik".
O öz tövsiyələrini verməyi də unutmayıb:
"İndi bloqerlər puldan ötrü hər şey edirlər. Mən şəxsən etmirəm. Həmin bloqerlərə tövsiyə edirəm ki, puldan ötrü hər kosmetoloqu reklam etməsinlər. Camaat yazıqdır. Gedərlər, zərər görərlər. Tanınan, bilinən, hansı ki, dövlət müəssisələrində işləyir, o həkimləri reklam etsinlər".
Qırmızı işıqda gözləyən avtomobillər çökən yola düşdü - FOTO
Motosikletlə kafeyə girib narahatlıq yaradan sürücü cərimələndi – 250 manat - VİDEO
Taksi sürücüsü müştərini aparmaqdan imtina etdi - Məhkəməlik oldu
Restoranda hallanan kişi qadın sürücünü evinədək təqib etdi - Əri ilə dalaşıb həbsə düşdü
Masallıda qaz borusuna çırpılan avtomobil tamamilə YANDI - VİDEO
Bakıda parkinq restoran tərəfindən zəbt olunub? - FOTOLAR
Avtobusdan düşən kimi yola qaçan qadın qəzanın bir addımlığından döndü - VİDEO
"Neftçilər" stansiyası yaxınlığında yanan avtomobil söndürüldü - VİDEO - YENİLƏNİB
Metroda problem yarandı - Qatarlar gecikir
Əri öləndən sonra evdən qovuldu, maşın vurub öldürdü - Şəmkirdə ukraynalı qadının dramı
Bu şəhərdə 22 yaşlı gənc bıçaqla 30 avtomobilin təkərini deşdi – ANBAAN VİDEO









