Banner

Bütün kənd onun üçün qarı təmizləyib yol açdı - VİDEO

Hadisə 24 Fevral 2025 20:42 Oxunub 328
Bütün kənd onun üçün qarı təmizləyib yol açdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Güclü qarın yağması səbəbindən Lerik rayonunun Loda və Vilik kəndlərinə giriş-çıxışın bağlanması çətin anlara səbəb olub.

TƏBİB-dən Avtosfer.az-a verilən məlumata görə, halı pisləşən Vilik kənd sakini, 2013-cü il təvəllüdlü yeniyetməni xəstəxanaya çatdırmaq yalnız ağır texnika, kənd sakinləri və kənd icra nümayəndəliyinin köməyi ilə yolu açdıqdan sonra mümkün olub.

Ötən gün Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan yeniyetməyə kəskin appendisit diaqnozu təyin edilib və o, dərhal əməliyyata götürülüb.

Qeyd edək ki, hazırda pasiyentin vəziyyəti qənaətbəxşdir. Onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh