Buzlu yolda sürüşən avtomobil Şamaxının iki küçəsini işıqsız qoydu - RƏSMİ - VİDEO

"Ötən gün Şamaxı şəhərinin iki küçəsində elektrik enerjisinin verilişində fasilə yaranıb".
Bunu oxu.az-a açıqlamasında "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Vaqif Aydınoğlu deyib.
O qeyd edib ki, yük avtomobilinin buzlu yolda sürüşərək xətti bir neçə yerdən zədələməsi elektrik enerjisinin kəsilməsinə səbəb olub.
"Hadisə nəticəsində Şamaxı şəhərinin M.Ə.Rəsulzadə və A.Sultanova küçələrində elektrik enerjisinin verilməsində problem yaranıb. Məlumat daxil olan kimi dərhal əməkdaşlarımız əraziyə cəlb olunublar və təxminən üç saat sonra, saat 21:48-də hər iki küçədə elektrik enerjisinin verilməsi tam bərpa olunub. Ümumilikdə isə hava şəraiti ilə bağlı Şamaxı şəhəri ərazisində elektrik enerjisinin verilməsi ilə bağlı heç bir ciddi fasilə və ya problem qeydə alınmayıb. Hadisə baş verən ərazidə işlərin görülməsi, təbii ki müəyyən zaman alır və əməkdaşlarımız yaranan problemin aradan qaldırılması üçün lazım olan bütün addımları atıblar", - deyə V.Aydınoğlu bildirib.
***
Bayram günlərindən etibarən Şamaxı şəhərində elektrik enerjisinin verilişində ciddi fasilələr yaranıb. Sakinlərin dediklərinə görə, artıq 6-7 saatdır ki, şəhərin əksər hissəsində işıqlar tamamilə sönüb.
Sakinlərdən biri vəziyyətlə bağlı narazılığını belə ifadə edib:
"Bayramdan bəri işıq yanır-sönür. İndi isə 6-7 saatdır ümumiyyətlə yoxdur. Qaranlıqda qalmışıq".
Başqa bir sakin isə problemin soyuq hava şəraitində daha ağır nəticələrə səbəb olduğunu deyib:
"Hava çox soyuqdur. Evdə kombi sistemi elektriklə işləyir. İşıq olmadığından kombi də işləmir. Nəvələrim evdə donurlar".
Onların sözlərinə görə, qaz təchizatı mövcud olsa da, elektrik enerjisinin kəsilməsi səbəbindən istilik sistemləri işləmir:
"Uşaqlar evdə xəstədirlər, qızdırmaları var. 7 saatdır işıq yoxdur, dona-dona qalmışıq. "Azərişığ"a zəng edirik, deyirlər gözləyin. Əvvəl 40 dəqiqə deyirlər, sonra 1 saat, 2 saat… amma problem hələ də həll olunmayıb".
Məlumata görə, Şamaxı şəhərinin müxtəlif ərazilərində oxşar vəziyyət müşahidə olunur. Günorta saatlarından etibarən elektrik enerjisinin verilişinin dayanması şəhər sakinlərini çətin vəziyyətdə qoyub.
Məsələ ilə bağlı "Azərişıq" ASC ilə əlaqə saxlanılıb. Qurumdan bildirilib ki, hazırda qeyri-iş günü olduğu üçün yaranmış problemlə bağlı açıqlama vermək mümkün deyil.
Cərimə balı, cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO








