Buzovnada 3 nəfəri öldürən şəxs ailənin keçmiş kürəkəni imiş - RƏSMİ MƏLUMAT

Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində üç nəfəri öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Bu, ailənin keçmiş kürəkəni Nofəl Səfərovdur.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Baş prokurorluğun birgə yaydığı məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, polis və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş xüsusilə ağır cinayətin açılması təmin edilib:
"Belə ki, noyabrın 29-da saat 20 radələrində Buzovna qəsəbəsində 1939-cu il təvəllüdlü Elbrus Muradov, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradov, həyat yoldaşı 1945-ci il təvəllüdlü Şahirə Muradova naməlum şəxs tərəfindən kəsici alətlə qətlə yetirilib, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarov isə bədən xəsarəti alıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) madələri ilə cinayət işi başlanılıb.
Aparılan araşdırmalarla ailənin keçmiş kürəkəni, 1976-cı il təvəllüdlü Nofəl Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Hazırda iş üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir".
77 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ
Cəlilabadda əmisinin baltaladığı uşaqlardan biri öldü - YENİLƏNİB
Bakıda "Mercedes" yandı
Sürücülərin "qaranlıq imtahanı": Magistral yolda işıqlar niyə söndürülüb? - VİDEO
Müğənni tikinti şirkətinin rəhbəri tərəfindən dələduzluğa məruz qalıbmış - DİN-dən AÇIQLAMA
Xaçmazda yük maşını piyadanı vuraraq öldürdü
Qızıl almaq istədiyini deyib soyğunçuluq edən şəxs saxlanıldı - VİDEO
Azərbaycanlı saxta sürücülük vəsiqəsi ilə tutuldu - 448 manat cərimələndi
Avtobusun önündən qəfil yola çıxan piyada son anda ölümdən döndü - REAL VİDEO
Anasından küsüb itən Səid atasına təhvil verildi - Anası danışdı - VİDEO
Nizami rayonunda qəza riski: "Yolda müvafiq nişanın olmaması təhlükə yaradır" - VİDEO











