Buzovnada qorxulu anlar yaşadan bıçaqlı şəxs SAXLANILDI - VİDEO - YENİLƏNİB

Xəzər rayonu, Buzovna qəsəbəsində ictimai yerdə ünvansız söyüşlər söyən və özünə bıçaqla xəsarət yetirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirilib.
L.İsrəfilli qeyd edib ki, sözügedən şəxs üçüncü qrup əlildir və əvvəllər də məhkum olunub:
"Saxlanılan şəxsin psixi pozuntuları olduğu müəyyən edilib. Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq, aidiyyəti üzrə xəstəxanaya yerləşdirilib. Vəziyyəti stabildir, həyati təhlükəsi yoxdur".
***
Buzovnada əlində bıçaq olan şəxs gecə saatlarında ətrafdakılara qorxulu anlar yaşadıb.
Avtosfer.az xəbər verir ki, 30-35 yaşlarında olan şəxs əlində bıçaqla yarıçılpaq vəziyyətdə avtomobil yoluna çıxıb.
Vətəndaşlar müdaxilə etməyə çalışsalar da, sözügedən şəxs buna imkan verməyib.
Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.
Əraziyə gələn polis əməkdaşları vətəndaşı bölməyə aparıblar.
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO
Səbailin icra başçısı inzibati xəta törədib - Cərimə oluna bilər
Qobuda qaranlıq küçələr, əyilmiş dirəklər – Təhlükə göz görə-görə qalır - VİDEO
Yaşıl işıqda “yatan” sürücü arxadakı maşınları gözlətdi - VİDEO
Bakıda işıq olmadığlı üçün "svetafor" işləmədi - Sıxlıq yarandı - VİDEO
Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO - YENİLƏNİB
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO












