"C-130" qəzasında təyyarə niyə 3 yerə bölünüb? – YENİ DETALLAR

Azərbaycandan Türkiyəyə uçan “C-130” yük təyyarəsinin qəzaya uğraması ilə bağlı yeni məlumatlar açıqlanıb. Avtosfer.az "Bakupost"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Hurriyet” qəzetinin köşə yazarı Uğur Cebeci bildirib. Onun sözlərinə görə, Gürcüstan hava məkanında 22 min fut (təxminən 7 333 metr) hündürlüyə qalxan təyyarə düzxətli uçuşa keçib. Lakin həmin anda qəza baş verib. İlk təhlillərə görə, dörd mühərrikli “C-130”-un dördüncü mühərriki sıradan çıxıb. Bu zaman təyyarənin ani yüksəlişi başlayıb. Daha sonra ikinci mühərrikdə yağ təzyiqi problemi yaranıb və həddindən artıq sürət yığan hava gəmisində rezonans nəticəsində mühərrik gövdədən ayrılıb. Mühərrikdən ayrılan hissələr elevatora çırpılaraq təyyarəni çevirib. Burun hissənin qəfil aşağı düşməsi nəticəsində təyyarənin quyruğu qopub. İkinci mühərrikin pərləri təyyarənin qalan hissəsini iki yerə bölüb – pilot kabinəsi gövdədən ayırıb.
Nəticədə, təyyarə kabinə, orta gövdə və quyruq olmaqla üç əsas hissəyə parçalanıb və qalıqlar geniş əraziyə yayılıb. Pilotlar ani baş verən hadisəni idarə edə, hətta həyəcan çağırışı verə bilməyiblər. Qəzanın dəqiq səbəbi isə təyyarənin “Qara qutusu” və digər elektron uçuş qeydləri araşdırıldıqdan sonra açıqlanacaq. Təyyarənin istehsal edən şirkət – “Lockheed Martin” tərəfindən də qəzanın simulyasiyası aparılacaq və parçalanma prosesinin səbəbləri araşdırılacaq.
Xatırladaq ki, noyabrın 11-də Azərbaycandan Türkiyəyə qayıdan C-130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb və 20 hərbçi həlak olub.
Yol kənarında əmisi oğlunu döydü - Məhkəmədə üzr istədi
Moskva-Bakı reysi ilə uçan təyyarə qəza enişi edib
Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 11 yaralı var - VİDEO
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO










