Çağırışa gecikən təcili tibbi yardımın həkimi vətəndaşı təhqir edib - İDDİA

Bakı şəhər sakini təcili tibbi yardım briqadasından narazıdır.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a Ülvi Quliyev şikayət ünvanlayıb.
Xətai rayonu, Zığ yolu 29 ünvanında yaşayan Ü.Quliyev deyir ki, martın 9-da qəfil halı pisləşib və 16:30-da təcili yardım briqadası çağırıb:
“Həkim saat 17:30-da gəldi. Gələn həkim məndən şəxsiyyət vəsiqəsini tələb etdi və bildirdim ki, üstümdə deyil. O əsəbiləşərək, “vəsiqəni üstündə saxla” dedi. Daha sonra təzyiqimi ölçdü və maqnezium vurmağa çalışdı. Ona bildirdim ki, həmin iynə mənə pis təsir edir və imtina edirəm. Həkim mənim istəyimə heç bir məhəl qoymaq istəmədi, səsimi kəsib sakit oturmağımı bildirərək məni təhqir etdi. Mənim şərəf və ləyaqətimi təhqir etdiyi üçün imtina etdim. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) şikayət ünvanlasam da, mənə heç bir cavab verilmədi”.
Ü.Quliyev deyir ki, səhhəti pisləşdiyi üçün axşam saatlarında yenidən təcili yardım çağırıb:
“Bu dəfə isə təcili yardım briqadası çağırışa 2 saat 20 dəqiqəyə gəlib”.
Oxu.Az tərəfindən məsələ barədə TƏBİB-ə sorğu ünvanlanıb.
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO










