Cəlilabadda baş verən dəhşətli avtobus qəzasının VİDEOsu

Hadisə 6 İyun 2024 12:42 Oxunub 502
Cəlilabadda baş verən dəhşətli avtobus qəzasının VİDEOsu
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Cəlilabadda qəzaya düşən şəxslərin son durumu açıqlanıb.

Avtosfer.az xəbər verir ki, Cəlilabad Rayon Mərkəzi xəstəxanasının Təcili Yardım şöbəsinin müdiri Mətanət Dadaşovanın Oxu. Az-a verdiyi açıqlamaya görə, 10 qadın və bir uşaq təcili yardım şöbəsinə gətirilib. Onlardan iki nəfər 1960-cı il təvəllüdlü Səbiyə Kazımova və 1970-ci il təvəllüdlü Kəmalə Şükürova hadisə yerindəcə keçinib:

"Digər qadınlar isə müxtəlif bədən xəsarətləri alıblar. Onlara ilkin tibbi yardım göstərilib. İki qadın hazırda reanimasiyaya köçürülüb. Digərlərinin vəziyyəti orta ağırdır. 2019-cu il təvəllüdlü uşaqda isə burunqanaması olub və hazırda vəziyyəti yaxşıdır. Sürücü ciddi xəsarət almayıb. İlkin tibbi yardım göstərilib. Qadınların bir neçəsinə gips qoyulub".

***

11:20

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

Avtosfer.az xəbər verir ki, hadisə rayonun Sadatlı kəndi ərazisində baş verib.

İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobus qəzaya düşüb. Nəticədə iki nəfər ölüb, çox sayda yaralı var.

Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.

Hazırda hadisənin təfərrüatları, ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh