Cəlilabadda bədbəxt hadisə: Yıxılan uşaq komaya düşdü - VİDEO
Cəlilabadda bədbəxt hadisə baş verib. Belə ki, məktəbin idman zalında yıxılan uşaq komaya düşüb. Məsələnin təffərrüatlarını araşdırdıq.
Məktəbdə hündürlükdən yıxıldı komaya düşdü. bədbəxt hadisə Cəlilabad şəhər 2 nömrəli məktəbin idman zalında qeydə alınıb. İlkin məlumata görə, 2009-cu il təvəllüdlü Qasımov Əli Təyyar oğlu məktəbin idman zalında hündürlükdən yıxılıb. Uşağın yaxınlarının sözlərinə görə idman dərsi zamanı şagird topu götürərkən yıxılıb. Cəlilabad Rayon Təhsil şöbəsindən bildirdilər ki, hadisə günün ikinci yarsında məktəbin idman zalında baş verib.Belə ki,Əli Qasımov basketbol toruna ilişən topu götürməyə çalışarkən müvazinətini itirərək yıxılıb.Ağır xəsarətlər alan şagird Cəlilabad rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.Hazırda şagird komadadır və süni tənəffüs aparatına qoşulub. Bakı şəhərindən xəstə üçün neyrocərrah də dəvət edilib.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.