Cəlilabadda bıçaqlanan şəxslərin vəziyyəti açıqlandı - YENİLƏNİB

Cəlilabadda bıçaqlanan şəxslərin vəziyyəti açıqlanıb.
Avtosfer.az xəbər verir ki, Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, bu gün saat 11:30 radələrində xəsarət alması səbəbilə 2006-cı il təvəllüdlü (kişi cinsli) şəxs xəstəxanasın Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.
Ona belin sol hissəsinin kəsilmiş, deşilmiş yarası, sol biləyin ön səthinin kəsilmiş yarası diaqnozu təyin edilib. Xəsarət alan şəxsə cərrahi müdaxilə olunub, hazırda vəziyyəti stabildir.
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından isə bildirilib ki, 2007-ci il təvəllüdlü şəxs xəstəxananın cərahiyyə şöbəsinə yerləşdirilib və həkim nəzarəti altındadır.
Faktla bağlı araşdırmalar davam etdirilir.
14:10
Cəlilabad rayonunda iki nəfəri bıçaqlayan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Cəlilabad rayonunun Alar kəndi ərazisində həmin kəndin sakinləri, 2006-cı il təvəllüdlü İ.Nağıyev və bir nəfər yeniyetməyə kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 2005-ci il təvəllüdlü R.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
12:36
Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, rayon sakini, 2007-ci il təvəllüdlü H. Salamzadə münaqişə zəminində müxtəlif bıçaq xəsarətləri alıb.
O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya sağ döş qəfəsinin nüfuz edən yarası və sağ budun yuxarı 3/1-nin yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
(report)
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO










