Cəlilabadda su bəndində boğulanların kimliyi bilindi - FOTO - YENİLƏNİB

Hadisə 19 İyun 2024 15:49 Oxunub 216
Cəlilabadda su bəndində boğulanların kimliyi bilindi - FOTO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Cəlilabad rayonunun Hamaraqışlaq kəndində su bəndində boğulan şəxslərin cəsədləri sudan çıxarılıb.

Avtosfer.az xəbər verir ki, boğulan şəxslərin cəsədləri Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Boğulan şəxslər Hamarqışlaq kənd sakinləri - 2008-ci il təvəllüdlü Aşurov Nihad Nicat oğlu və 2004-cü il təvəllüdlü Həsənov İbrahim Əjdər oğludur.

Faktla bağlı araşdırma aparılır.

(unikal)

***

Cəlilabadda su bəndində boğulan iki nəfərin meyiti tapılıb.

Avtosfer.az xəbər verir ki, meyitlər bənddən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda onların kimliyi dəqiqləşdirilir.

***

Cəlilabadda su bəndində iki nəfər boğulub.

Avtosfer.az xəbər verir ki, hadisə rayonun Hamarqışlaq kəndi ərazisində yerləşən bənddə qeydə alınıb.

Boğulan şəxslərdən birinin cəsədi sudan çıxarılıb. İkinci şəxsin axtarışları davam edir.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh