Cəlilabadda dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb - VİDEO

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.
Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.
Yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinun Regional Meşə Təsərrüfatı Mərkəzi və Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları cəlb olunub.
***
Cəlilabad rayonunun Zopun kəndi yaxınlığında bələdiyyə ərazisində başlayan, sonradan isti hava və güclü külək səbəbindən meşə fondu ərazisinə keçən yanğın artıq lokallaşdırılıb. Hazırda ərazidə az miqdarda tüstülənmə müşahidə olunur.
Bu barədə Avtosfer.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova məlumat verib.
“Yanğın nəticəsində 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Cəlilabad meşəbəyliyinin 4 saylı meşə dolayında kol-kos və quru ot örtüyü yanıb. Fövqəladə Hallar Nazirliyinin, Regional Meşə Təsərrüfatı Mərkəzi və Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları tüstülənən sahələrin tam söndürülməsi istiqamətində tədbirləri davam etdirirlər.
Yanğının söndürülməsində iştirak edən və tüstüdən zəhərlənən meşə gözətçisi Qəni Nadirova tibbi yardım göstərilib. Hazırda vəziyyəti qənaətbəxşdir”, - deyə o əlavə edib.
***
Cəlilabad rayonunda meşəlik ərazidə başlayan yanğının söndürülməsinə helikopter cəlb olunub.
Avtosfer.az xəbər verir ki, küləkli hava şəraiti rayonun Zopun kəndi ərazisində meşə sahəsində başlayan yanğının söndürülməsinə çətinlik törədir.
Hadisə yerinə ətraf rayonlardan yanğınsöndürən texnika və canlı qüvvələr, həmçinin helikopter cəlb olunub.
***
Cəlilabad rayonunda meşəlik ərazidə yanğın qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, yanğın rayonun Zopun kəndi ərazisindəki meşə sahəsində baş verib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları və yanğınsöndürən texnikalar cəlb olunub. Əraziyə nəzarət gücləndirilib, yanğının ətraf kəndlərə və digər meşə sahələrinə yayılmaması üçün zəruri tədbirlər həyata keçirilir.
Aviaşirkət rəhbəri kerosinin bahalaşmasını arzulayır
Süni intellekt dövlət qurumunun saytını sındırdı, 3 ay sonra xəbər tutdular
Ərəb şeyxi lüks otelin pulunu ödəməyib qaçdı – 1 MİLYONLUQ İDDİA - FOTO
Deputat qarpız satıcısı ilə insidenti danışdı: “Bıçağı çənəmin altında saxladı”
Laçında traktor minaya düşüb
Yardımlıda polisdən ƏMƏLİYYAT - VİDEO
Metroda kişi qatar yoluna düşdü, hərəkət dayandı
Sumqayıtda sürücüləri silkələyən yol: Maşınlar hoppana-hoppana keçir - VİDEO
Abşeronda avtomobil su kanalına düşdü - VİDEO - YENİLƏNİB
Maşınları görə-görə yolayrıcına girən skuter sürücüsü təhlükə saçdı - VİDEO
Mərkəzi Klinik Xəstəxanada xəstə yaxınından rüşvət tələb edilib - ŞİKAYƏT











