Banner

Cəlilabadda əmi qardaşı uşaqlarını baltaladı - YENİLƏNİB

Hadisə 1 Fevral 2026 20:54
Cəlilabadda əmi qardaşı uşaqlarını baltaladı - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Cəlilabadda baltalanan yeniyetmələrin vəziyyəti ağır olaraq qalır.

Avtosfer.az xəbər verir ki, bu barədə report-a Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, 01.02.2026-cı il tarixində saat 17:00 radələrində 2 nəfər (1-i qadın, 1-kişi) Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş yaraları diaqnozu təyin edilib.

Hər iki şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

***18:42

Cəlilabadda balta xəsarəti alan yeniyetmələrin kimliyi məlum olub.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, xəsarət alanlar Cəlilabad rayonunun Uzuntəpə kənd sakinləri - 2012-ci il təvəllüdlü Hüseyn Musa oğlu Nağıyev və 2011-ci il təvəllüdlü Həqiqət Musa qızı Nağıyevadır.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Ə.Nağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***18:01

Cəlilabad rayonunda 12 və 14 yaşlı yeniyetmələr baltadan xəsarət alıblar.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini qardaşı qızı və oğluna balta ilə müxtəlif bədən xəsarətləri yetirməkdə şübhəli bilinir.

Xəsarət alan yeniyetmələr Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisənin təfərrüatı dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Oxunub 220
ŞƏRH YAZ
Ad

E-mail

Şərh