Cəlilabadın sabiq bələdiyyə sədrinin cəzası ağırlaşdırılıb

Cəlilabadın sabiq baş memarı Sahil Qəmbərli və sabiq bələdiyyə sədri Mehdi Kərimovun cinayət işi üzrə verilmiş apellyasiya şikayəti və protesti əsasında keçirilən məhkəmə prosesi baş çatıb.
Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, Şirvan Apellyasiya Məhkəməsində hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, təqsirləndirilən şəxslərin verdikləri apellyasiya şikayətləri təmin edilməyib. Dövlət ittihamçısının sabiq bələdiyyə sədri Mehdi Kərimov barəsində verdiyi apellyasiya protesti isə təmin edilib.
Belə ki, onun barəsində birinci instansiya məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 62-ci maddəsinin (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilməsinə dair müddəalar çıxarılıb.
Yeni hökmlə Mehdi Kərimova 8 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunub.
Qeyd edək ki, sözügedən şəxslər 2023-cü ildə Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinin Cəlilabad rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Qənbərli 8 il və M.Kərimov isə 6 il müddətinə azadlıqdan məhrum edilmişdilər.
Onlar Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinirlər.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












