Cərgəylə düzülən “manatlıq” taksilər sürücünü özündən çıxardı: “Zara gətiriblər” - VİDEO

Hadisə 13 Mart 2026 15:30
Cərgəylə düzülən “manatlıq” taksilər sürücünü özündən çıxardı: “Zara gətiriblər”   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Moskva prospektində, 14 saylı notariatın qarşısında qaydaları pozan sürücülər hərəkəti əngəlləyib.

Avtosfer.az-a müraciət edən izləyici hadisəni videoya çəkərək redaksiyamıza göndərib. Kadrlardan aydın olur ki, taksi fəaliyyəti ilə məşğul olan “Chevrolet” markalı, 77-FZ-360 dövlət nömrə nişanlı “Toyota Prius” markalı, 99-GR-326 dövlət nömrə nişanlı “Azsamand” markalı, 77-PN-690 dövlət nömrə nişanlı “Opel” markalı və daha bir “Toyota” markalı avtomobillərin sürücüləri yolu bağlayıblar.

Şikayətçinin sözlərinə görə, avtomobillər cərgə ilə saxlandığı üçün görüntünü qeydə alan sürücü əsas yola çıxmaqda çətinlik çəkib: “Manatlıq taksilər bizi zara gətiriblər. Hər gün bu ərazidə saatlarla dayanırlar və qışqıraraq ağızlarına nə gəldi danışırlar”, - deyə sürücü bildirib. Eyni zamanda o, ərazidə hər gün eyni mənzərənin təkrarlandığını əlavə edib.

Faktla bağlı aidiyyəti qurumların nəzarət tədbirləri gözlənilir.

Nərmin

Oxunub : 362
ŞƏRH YAZ
Ad

E-mail

Şərh