Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT

Hadisə 22 Fevral 2026 17:39
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Özünü Fərid Mehdiyev kimi təqdim edən şəxs cərimə balları silirəm deyib dələduzluq edir. 

Ajans.az-ın baş redaktoru Tural Müseyibova 0558729848 nömrədən zəng edərək özünü Fərid Mehdiyev kimi təqdim edən şəxs polis əməkdaşı olduğunu, cərimə ballarını və inzibati cərimələri pul müqabilində sildiyini bildirib.

Tural Müseyibov zəng zamanı özünü təqdim etdikdən sonra qarşı tərəf telefonu söndürüb.

Araşdırma zamanı məlum ki, həmin şəxs  vətəndaşlara zəng edərək pul qarşılığında cərimə ballarını və cərimələri sildiyini iddia edir və bu yolla dələduzluq edir. Bildirilir ki, o, zəng zamanı səmimi və dostcasına ünsiyyət quraraq insanları aldatmağa çalışır.

Vətəndaşlara belə hallara qarşı diqqətli olmaları tövsiyə olunur. Oxşar hallarla qarşılaşdıqda ehtiyatlı davranmaq və aidiyyəti qurumlara məlumat vermək məsləhətdir. Məsələ ilə bağlı tezliklə qanuni tədbir görüləcəyinə ümidvarıq.

Oxunub : 1668
ŞƏRH YAZ
Ad

E-mail

Şərh