Cəriməni ödəyə bilməyən sürücü qoyun oğurladı - Məhkəmə ağır cəza verdi

Zaqatalada xırdabuynuzlu heyvanlar oğurlanıb. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qazangül qəsəbəsində qeydə alınıb. İttiham aktına görə, Pərzivan kənd sakini olan 33 yaşlı Ağa Muradov (ad və soyad şərtidir) Qazangül qəsəbəsində zərərçəkən şəxsə məxsus 5 baş qoyunu oğurlayaraq birini 80 manata olmaqla, ümumilikdə 400 manata satıb. Lakin realda isə heyvanların qiyməti 237-285 manat arası olub. Buna görə də heyvanların sahibinə təxminən 1187-1425 manat arası ziyan dəyib.
Bakıda bu ərazilərdə söküntü olacaq - KOMPENSASİYA MƏBLƏĞLƏRİ
Faktla bağlı 33 yaşlı Ağa Muradov saxlanılıb və barəsində cinayət işi açılıb.
Əvvəllər də məhkum olunmuş təqsirləndirilən şəxs ifadəsində motosikletlə odun daşıdığını və nəqliyyat vasitəsinin duracağa yerləşdirildiyini bildirib. Onun sözlərinə görə, motosiklet idarə edərkən yol verdiyi qayda pozuntularına görə onun 300 manat miqdarında cəriməsi yaranıb. Həmin cəriməni ödəmək üçün də Qazangül qəsəbəsindəki qoyunları oğurlamaq qərarına gəlib. Ağa bildirib ki, motosikletlə həmin qəsəbədəki binaya odun daşıyırmış. Onun sözlərinə görə, qoyunları satıb əldə etdiyi 400 manatla cəriməsini ödəyib.
Məhkəmənin qərarı ilə A.Muradov 3 il 4 ay müddətinə həbs edilib.
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO













