Ceyhunun nəşinin gətirilməsi üçün yardım kampaniyası başlatdılar

Bir neçə gün əvvəl həmyerlimiz Ceyhun Sadibəyli ABŞ-nin Florida ştatında yerləşən Mayami şəhərindəki çimərliklərin birində boğularaq vəfat edib.
Avtosfer.az xəbər verir ki, Ceyhunun nəşinin Azərbaycana gətirilməsi məqsədilə yardım kampaniyası başladılıb.
Bildirilib ki, ailəsinin arzusuna uyğun olaraq, onun nəşinin doğma vətəni Azərbaycana göndərilməsi planlaşdırılır. Lakin nəşin repatriasiyası (ölkəyə qaytarılması), sənədləşmə və dəfn xərcləri yüksək məbləğ tələb edir. Bu səbəbdən dostları yardım kampaniyası başladaraq Ceyhunun ailəsinə maddi və mənəvi dəstək olmaq qərarına gəlib.
Qeyd edək ki, Bostonda yaşayan Ceyhun Sadibəyli Mayamidə “South Beach” adlanan ərazidəki çimərlikdə olarkən onun həyat yoldaşı suda boğulmağa başlayıb. 24 yaşlı Ceyhun xanımını xilas etmək istəyərkən özü ölüb.

Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












