“Chery”də sıxılı vəziyyətdə qalmış şəxs belə xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu ərazisində Kənar Dairəvi yolda yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Avtosfer.az-a nazirlikdən xəbər verilib. Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Chery” markalı minik avtomobilinin idarəetməni itirməsi nəticəsində yol-qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO
Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO
Azərbaycanda iş adamı faciəvi şəkildə öldü
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO
Xəzərdə gün ərzində ikinci zəlzələ oldu - FOTO - YENİLƏNİB










