Çikaqo Hava Limanında təyyarə uçuş zamanı yandı - VİDEO

Hadisə 28 May 2024 18:00 Oxunub 258
Çikaqo Hava Limanında təyyarə uçuş zamanı yandı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Çikaqoda O'Hare Beynəlxalq Hava Limanında təyyarə havaya qalxan zaman yanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə ABC 7 telekanalı ABŞ Federal Aviasiya Administrasiyasına (FAA) istinadən məlumat yayıb.

ÇikaqoSietl reysini həyata keçirən "Airbus A320" təyyarəsi anidən tüstülənməyə başlayıb.

Alovlanma barədə məlumat aldıqdan sonra təyyarənin uçuş-enmə zolağında sürətlənməsi dayandırılıb.

148 sərnişinin hamısı təxliyə edilib və heç kim xəsarət almayıb.

Onlara ehtiyat təyyarə verilib.

Yanğının səbəbi açıqlanmayıb.

(APA)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh