Çılpaq qadın küçədə maşınlara və insanlara hücum etdi - FOTO - VİDEO
Hadisə
10 İyul 2025 15:06
Oxunub 434

Türkiyənin Edirne vilayətinin Keşan rayonunda çılpaq halda küçəyə çıxan qadın ətrafdakı avtomobillərə və insanlara hücum edib. Hadisə anları mobil telefon kamerası ilə qeydə alınıb.
Avtosfer.az-ın DHA agentliyinə istinadən verdiyi məlumata görə, hadisə səhər saatlarında baş verib. Binalardan birinin pəncərəsindən çəkilmiş görüntülərdə qadının son dərəcə aqressiv davrandığı və qışqıraraq ətrafdakılara hücum etdiyi müşahidə olunur. Bəzi şahidlər qadının hamilə olduğunu da iddia ediblər.
Digər kadrlarda çılpaq qadının başqa bir qadını döydüyü və yoldan keçənlərin buna müdaxiləsi görünür.
Baş verənlərlə bağlı rəsmi qurumlardan hələlik heç bir açıqlama verilməyib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR



















