Cinayət törədib, 20 il özünü qardaşı kimi göstərib

Hindistanın Çennay şəhərində bir kişi 20 il ərzində özünü böyük qardaşı kimi təqdim edərək ailəsini, məhkəməni və hüquq-mühafizə orqanlarını aldadıb.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bu barədə "Times of India" nəşri məlumat yayıb.
Hadisə 2002-ci ildən başlayıb. Həmin vaxt vəkil köməkçisi kimi çalışan Palani adlı kişi sənədlərini itirir və böyük qardaşı Pannerselvamın şəxsiyyət vəsiqəsindən istifadə etməyə başlayır. O, bu sənədlə yeni işə düzəlir və özünü qardaşının adı ilə tanıdaraq, bir qadınla münasibət qurur. Onların iki övladı dünyaya gəlir, lakin qadın həyat yoldaşının onu aldatdığını bilmir.
15 il əvvəl Palani ailə üzvlərinə hücum edir və ona qarşı cinayət işi açılır. Lakin polis bu işi Pannerselvamın adına qeydiyyata alır. Böyük qardaş məhkəmə qarşısına çıxarılır, beş il həbs cəzasına və cəriməyə məhkum edilir.
Amma apellyasiya zamanı məlum olur ki, o, kiçik qardaşının əməllərinə görə məhkum edilib. Nəticədə Pannerselvam bəraət alıb, amma Palani məsuliyyətdən yayınmağa davam edib və bu ilin iyun ayında qaçıb.
Polis Palanini 5 ay ərzində onun rəqəmsal izlərini izləyərək tapmağa çalışıb. Nəticədə o, nəhayət saxlanılıb. Onun törətdiyi bütün cinayətlərə görə hansı cəzanı alacağı hələ açıqlanmayıb.
Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı
Muzeydən milyonlarla dəyəri olan nadir eksponat oğurlandı
Xırdalanda yolu qazıb yarımçıq qoydular – Sürücülər çətinlik çəkir - VİDEO
Maşınların arasından çıxan piyada qəzadan güclə qurtuldu - VİDEO
Psixoloq fəaliyyəti ilə bağlı AEM-dən mühüm açıqlama: Sənədlərə diqqət EDİN
Bakıda məktəbli öldürüldü: Sinif yoldaşı tutuldu
Abşeronda toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır
Sükan arxasında sərxoş tutulan nazir həm avtomobilindən, həm də vəzifəsindən oldu
Bu ölkədə cərimə yol vergisindən daha səmərəlidir
Heyvanı buynuzundan bağlayıb başıaşağı saxladı: “Onsuz da kəsiləcək” - VİDEO
Öz kefi ilə hərəkət edən skuter sürücüsü az qala piyadanı vuracaqdı - VİDEO












