Çində sərnişin təyyarəsinin qəzaya uğradığı yerdən dəhşətli görüntülər - VİDEO
Hadisə 21 Mart 2022 17:00 Oxunub 2432
Çində sərnişin təyyarəsinin qəzaya uğradığı yerdən dəhşətli görüntülər - VİDEO

Çinin cənubunda qəzaya uğrayan “China Eastern” aviaşirkətinə məxsus “Boeing 737” sərnişin təyyarəsinin görüntüləri yayılıb.

Kənd sakinlərindən biri yerli xəbər saytına bildirib ki, qəzaya uğrayan təyyarə tamamilə məhv olub.

Hadisə şahidinin dediyinə görə, təyyarənin dağa çırpılması nəticəsində baş verən yanğın yaxınlıqdakı meşə sahəsinə də keçib.

Çinin cənubunda sərnişin təyyarəsinin qəzaya uğramasından sonra “China Eastern” aviaşirkəti bütün “Boeing 737-800” təyyarələrinin uçuşlarını dayandırıb.

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Həmin görüntüləri təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh