![Taksi sürücüsü onu boğan sərnişini tapança ilə başından vurdu - FOTOLAR](/upload/news/small/3898047.jpeg)
Torpaq sürüşməsi nəticəsində sürət qatarı relsdən çıxdı: Ölən və yaralananlar var - VİDEO
Hadisə
5 İyun 2022 19:31
Oxunub 1980
![Torpaq sürüşməsi nəticəsində sürət qatarı relsdən çıxdı: Ölən və yaralananlar var - VİDEO](/upload/news/1559643.jpg)
Çinin cənubunda yüksək sürətli sərnişin qatarı qəfil torpaq sürüşməsi nəticəsində relsdən çıxıb. Çin Mərkəzi Televiziya kanalının məlumatına görə, sürücü ölüb, azı səkkiz nəfər yaralanıb.
İnsident yerli vaxtla saat 10:30-da (Bakı vaxtı ilə 06:30 - red.) baş verib. Juntsyan stansiyasının yaxınlığındakı tunelin girişinin qarşısında torpaq sürüşməsi olub. Həmin vaxt Quyan-Quançjou marşrutu üzrə hərəkət edən D2809 sürət qatarının yeddinci və səkkizinci vaqonları relsdən çıxıb. Bütün zərərçəkənlər, o cümlədən bir konduktor və yeddi sərnişin xəstəxanaya çatdırılıblar. Onlara tibbi yardım göstərilib, həyatları üçün təhlükə yoxdur.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR