Çinli iş adamına "stop" qoyuldu - On milyon dollarlıq dələduzluqda ittiham olunur

Bakıda vətəndaşların 10 milyon dollardan artıq pulunu mənimsəməklə gündəmə gələn çinli biznesmenin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Suraxanı rayonunun Hövsan Südçülük sovxozunda qeydiyyatda olan 1991-ci il təvəllüdlü Vanq Tianbao (Wang Tianbao) barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edib. Məhkəmədə məlum olub ki, Azərbaycanda Çin avtomobillərin satışını həyata keçirən Vanq Tianbaonun rəhbərlik etdiyi şirkətin idarəyə ümumilikdə 753 560.02 manat vergi borcu yaranıb. Məhkəmə idarənin iddiasını təmin edərək, çinli biznesmenin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.
Qeyd edək ki, adı "Neomotors" MMC ilə iş birliyində hallanan Vanq Tianbao 27 noyabr 2024-cü ildə Bakıda onlarla vətəndaşı avtomobillə təmin edəcəyini vəd edərək 10 milyon dollarından artıq pulu mənimsəməkdə ittiham olunaraq saxlanılmışdı.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












