Çıxılmaz vəziyyətə düşən piyada ayrıcı betonun üzərindən yolu keçdi - VİDEO

Abşeron rayonu, Hökməli dairəsində qayda pozan piyada videoya çəkilib.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb.
Kadrlardan aydın görünür ki, yolu müəyyən olunmamış yerdən keçmək istəyən orta yaşlı kişi əvvəlcə ayrıcı betonun üzərinə çıxıb, daha sonra isə yolun ortasında qalaraq çətin vəziyyətə düşüb.
Hərəkətin intensiv olması səbəbindən o, uzun müddət avtomobillərin dayanmasını gözləməli olub və vaxt itirib.
Görüntülərdən məlum olur ki, hadisə yerinin yaxınlığında piyadalar üçün nəzərdə tutulmuş yerüstü keçid mövcuddur. Buna baxmayaraq, piyada həm öz həyatını, həm də sürücüləri təhlükəyə atıb.
Xatırladaq ki, piyadalar yolu yalnız keçidlərdən istifadə edərək keçməlidirlər. Keçidlərdən kənar yerdə yolu keçmək inzibati məsuliyyət yaradır və cərimə ilə nəticələnə bilər. Ən əsası isə, qaydalara əməl etmək piyadanın həyatını qoruması üçün vacibdir.
Nərmin
Gəncədə qətlə yetirilən şəxs DİREKTOR MÜAVİNİ İMİŞ: Oğlu saxlanıldı - FOTO - YENİLƏNİB
Səs-küylü cinayət işi Ali Məhkəmədə - Bakıda TIR-larla yolu kəsən şirkət rəhbəri ilə bağlı QƏRAR
Cəriməni ödəyə bilməyən sürücü qoyun oğurladı - Məhkəmə ağır cəza verdi
Bu gənc qızla-oğlanı polis axtarır – SƏBƏB
Azərbaycanda tanınmış cərrah əməliyyatı qüsurlu icra etdi: 32 min ödəyəcək
Xətaidə gecə ilə peyda olan DAHA BİR OBYEKT - FOTO
Bakı metrosunda HƏYƏCANLI ANLAR - YENİLƏNİB
Polis məşhur tiktoker Solmazı söyüşə görə həbs etdi - FOTO
Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir? - VİDEO
Şəmkirdə "Prado"da meyit tapıldı
İtkin düşən 88 yaşlı kişi axtarılır - FOTO










