"Ciyəraxşamı"nda 2 əmioğlu öldürüldü - FOTO - YENİLƏNİB

Aprelin 26-da Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakinləri 1996-cı il təvəllüdlü Şaiq Mamedov və 1989-cu il təvəllüdlü Həsən Mamedovun öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Ağcabədi rayon prokurorluğundan Avtosfer.az-a bildirilib ki, ilkin araşdırmalarla 2004-cü il təvəllüdlü Əliniyaz Əliyevin şəxsi münasibətlər zəminində bıçaqla xəsarətlər yetirərək Şaiq və Mamedovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Əliniyaz Əliyev iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam etdirilir.
***12:18
Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində iki nəfərin qətlə yetirilməsinin təfərrüatları məlum olub.
Avtosfer.az xəbər verir ki, hadisə kəndin kənarındakı sahədə baş verib. Kənd sakini 1996-cı il təvəllüdlü Şaiq Telman oğlu Mamedovun rayonun Arazbarı kənd sakini 2004-cü il təvəllüdlü Əliniyaz Əliyevlə bir gün əvvəl mübahisəsi olub. Məlumata görə, Ş.Mamedov Ə.Əliyevi təhqir edib. Hadisədən sonra evə qayıdan Ə.Əliyev onu öldürmək qərarı verib.
O, evdən mətbəx bıçağı götürərək Yuxarı Qiyaməddinli kəndinə gəlib və Şaiqi görüşə çağırıb. Şaiq də əmisi oğlu Həsən Mamedovla birlikdə Əliniyazla görüşmək üçün kəndin kənarındakı sahəyə gəlib. Əvvəlcə Şaiq Əliniyazla söhbət edib. Söhbət mübahisə ilə nəticələnib və Əliniyaz Şaiqə bıçaq zərbələri endirib. Şaiqin bıçaqlandığını görən əmisi oğlu Həsən hadisəyə müdaxilə etmək istədikdə, Əliniyaz ona da zərbələr endirib. Hər iki şəxs hadisə yerində dünyasını dəyişib.
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Arazbar kənd sakini, 22 yaşlı Əliniyaz Əliyev saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda ibtidai istintaq davam etdirilir./oxu.az
***11:53
Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində iki nəfər qətlə yetirilib.
Avtosfer.az xəbər verir ki, qətlə yetirilən şəxslər Arazbar kənd sakini tərəfindən bıçaqlanıb.
Nəticədə 1996-cı il təvəllüdlü Mamedov Şaiq Telman oğlu, 1989-cu il təvəllüdlü Mamedov Həsən Teymurxan oğlu aldıqları xəsarətlərdən həyatlarını itiriblər.
Hadisənin hansı səbəbdən baş verməsi hələ ki bilinmir.
Araşdırma aparılır.
Qayda pozan qadın piyada görün sürücünü necə günahkar çıxardı - VİDEO
Naxçıvanda avtomobil aşıb: Bir nəfər öldü - VİDEO
Gəncədə yük maşını yanıb kül oldu - FOTOLAR
Narkokuryer narkotiki parikin altında keçirməyə çalışdı - VİDEO
Yatan sürücünü oyatmaq üçün polis, təcili yardım və yanğınsöndürənlər gəldi - VİDEO
Təmirə bağlanan yolda qəza; sürücü avtomobili betona çırpdı - VİDEO
Polis əməliyyat keçirdi - 153 nəfər saxlanıldı
Aydan "gətirdiyi" daşları satan saxta astronavt həbs edildi
Şərurda avtomobilini yandıran sərxoş sürücü saxlanıldı - VİDEO
Marşrut avtobusu ilə “Jek” işçisini vurub öldürdü
Abşeronda axtarışda olan 17 nəfər saxlanıldı, xuliqanlıq edən 8 sürücü tutuldu - FOTO - VİDEO










