
Çobanın meyiti tapıldı - YENİLƏNİB

Mingəçevirdə bağ massivində meyit tapılıb.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə martın 23-ü axşam saatlarında qeydə alınıb.
Tovuzun Aşağı Ayıblı kəndində qeydiyyatda olan 53 yaşlı Mehman Yusifovun çoban olduğu, ilkin məlumata əsasən, mal-qara otararkən öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***09:26
Mingəçevirdə bağ massivində meyit tapılıb.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə martın 23-ü axşam saatlarında qeydə alınıb.
Tovuzun Aşağı Ayıblı kəndində qeydiyyatda olan 53 yaşlı Mehman Yusifovun meyiti Mingəçevir şəhəri Borçalı bağ massivində aşkarlanıb. Onun üzərində heç bir zorakılıq əlaməti olmayıb.
M.Yusifovun çoban olduğu, ilkin məlumata əsasən, mal-qara otararkən öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.