Çobanlar yarım milyonluq heyvanları necə oğurlayıb? - Sahibkar detalları açıqladı - VİDEO

Azərbaycanda çobanlar fermanın yarım milyon manatdan çox dəyəri olan heyvanlarını sahibkardan xəbərsiz satıblar. Oğurluq hadisəsi Sumqayıt və Salyanda yerləşən 2 fermada baş verib.
Avtosfer.az xəbər verir ki, fermanın sahiblərindan Firdovsi Baxışov hadisənin detalları barədə danışıb.
F. Baxışov deyib ki, 2 il əvvəl Kəmaləddin Hüseynov və Ceyhun Əskərov çobanlıq etdikləri fermadan yarım milyon manatdan çox dəyəri olan xırda və iribuynuzlu heyvanları oğurlayıblar.
Çobanlar işçiləri aldadaraq, heyvanları guya sahibkarın tapşırığı ilə apardıqlarını deyiblər: “Fevral ayı idi, işə gəldim, gördüm ki, qapı açıqdır. Mən hər gün qapını bağlayıb gedirəm. Qapının niyə açıq olması ilə maraqlananda isə öyrəndim ki, Kəmaləddin gecə heyvanları aparıb. Dedilər ki, Adildən icazə alıb. Zəng etdim Adil müəllimə, o da dedi ki, bu məsələdən xəbəri yoxdur. Baxdıq ki, buradan 8 baş heyvan aparıb. Zəng etdik Kəmaləddinə zəng çatmadı”.
Bundan sonra hadisədən şübhələnən sahibkarlar Salyandakı daha çox sürünün olduğu fermaya gediblər. Məlum olub ki, burada olan bütün heyvanlar da oğurlanıb. Çobanlar əməllərinin izini itirmək üçün isə fermadakı kameraları sıradan çıxarıblar:
“Kəmaləddini axtardıq, bizə cavab vermədi. Axşam saatlarında bizim zənglərə cavab verdi və dedi ki, pulum yoxdur. “Pulu nə etmisən?” deyə soruşanda da cavab vermədi və telefonu söndürdü. Heyvanlara nəzarəti Ceyhuna həvalə etmişdik. Ceyhun özünü elə aparırdı ki, guya heç nədən xəbəri yoxdur. Amma sonradan istintaqla məlum oldu ki, heyvanlar elə Ceyhunun əli ilə aparılıb. Onun bir neçə qohumu da burada çalışırdı və biz onlara əməkhaqqı ödəyirdik. Qardaşı Möhəbbət söz vermişdi ki, heyvanlar qayıdacaq. Amma biz yenə də Salyanda polisə müraciət etdik”.
Çobanlar fermada və fərdi həyətlərdə tikilmiş tövlələrdə saxlanılan ümumilikdə 1377 baş heyvanı sataraq 586 min manatdan çox pulu mənimsəyiblər. Satdıqlari 44 baş müxtəlifcinsli mal, 330 baş keçi, 75 baş çəpiş, 660 baş qoyun, 230 baş quzu, 4 at olub. Bunlardan sadəcə 4 at saxlanıldıqları yerdən tapılaraq geri qaytarılıb.
Sahibkar deyib ki, bu heyvanları bazarda satsalar, milyondan yuxarı qazanc əldə edərdilər. Hazırda onların istəyi dəyən ziyanın ödənilməsidir.
Şikayət əsasında Kəmaləddin və Ceyhun xüsusilə külli miqdarda mənimsəmə maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunublar. Onların barəsində həbs qətimkan tədbiri seçilib. Təqsirləri sübuta yetirilərsə, çobanları 14 ilədək həbs cəzası gözləyir.
Hazırda Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.
Daha ətraflı videomatrialda:
Polis rəisi özünü vurdu - Araşdırmalara başlanıldı – FOTO
Oğurluğa görə axtarılan DYP əməkdaşı tapıldı - 23 il bu cür gizlənib
Qubada bədbəxt hadisə - Məktəbli özünü...
Zabratda təhlükəli mənzərə: Qopan ağac taxta dirəklərin ümidinə qalıb - VİDEO
İsmayıllıda cütlük maşında tutuldu – 15 yaşlı Babək həbs olundu
Polis dələduzluq edənlərə qarşı əməliyyat keçirdi - 15 nəfər istintaqa təhvil verildi
Sumqayıtda zavod işçisi avtobusda öldü
Masazırda “Chevrolet” keçiddən keçməyən piyadanı vurdu - VİDEO
Sərnişin oturacağında yatan sürücü həbs edildi
Ceyranbatanda atları döyüb öldürüblər – VƏTƏNDAŞ ŞİKAYƏTİ- VİDEO
Bakıda polisdən "qaçmaq" istəyən sürücünü anası İFŞA ETDİ










