Coratda ərini öldürən qadına hökm oxunub

Corat qəsbəsində ərini öldürməkdə ittiham olunan Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Rəşad Mustafayevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Əfsanə Məmmədovanın Cinayət Məcəlləsinin 122-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini təklif edib.
Müdafiə tərəfi CM-nin 79-cu maddəsinin tətbiq edilməsini və Ə. Məmmədovanın övladının 14 yaşa çatana qədər cəzanın təxirə salınmasını xahiş edib.
Məhkəmə müşavirədən sonra Ə. Məmmədovanı CM-nin 122-ci maddəsi ilə təqsirli bilərək ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Qeyd edək ki, hadisə ötən ilin avqust ayında Corat qəsəbəsində qeydə alınıb. Ağahüseyn İmanovun həyat yoldaşı, 34 yaşlı Əfsanə Məmmədova tərəfindən xəsarətlər yetirilərək qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. Ə. Məmmədova hadisədən sonra könüllü təslim olub. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Məhkəmə dövründə Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizanın rəyinə görə, o, hadisəni törədərkən güclü ruhi həyəcan vəziyyətində – fizioloji affekt vəziyyətində olub və öz hərəkətlərini tam dərk etmək qabiliyyətində olmayıb.
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO












