Çox sayda insanın zəhərlənməsinə səbəb olan dönərxananın GÖRÜNTÜLƏRİ

Tovuz rayonunda kütləvi zəhərlənmə hadisəsinin təfərrüatı məlum olub.
Avtosfer.az xəbər verir ki, Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə 21 nəfər dönərdən zəhərlənmə şübhəsi ilə müraciət edib.
Müraciət edənlər arasında 2 və 3 yaşlı uşaqlar da var. Zəhərlənənlərin sözlərinə görə, hadisə Qovlar şəhəri, Vağzal küçəsində yerləşən "Köz dönər" adlı iaşə obyektində baş verib:
"Axşam saat 8 radələrində toyuq dönəri yedik. Bir neçə saat sonra vəziyyətimiz ağırlaşdı, ürəkbulanma başladı və təcili tibbi yardıma müraciət etdik".
Məlumata görə, aidiyyəti qurumlar tərəfindən həmin obyektin fəaliyyəti dayandırılıb.
Ətraflı süjetdə:
**
Tovuz rayonunun Qovlar şəhərində 21 nəfər müxtəlif saatlarda zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə sorğumuza cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat (TƏBİB) verilib.
Məlumatda qeyd olunub ki, zəhərlənmə hadisələri 14 -15 oktyabr tarixlərində baş verib:
"Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda xəstəxananın Yoluxucu xəstəliklər şöbəsində 7 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
Digər şəxslər isə ambulator müalicə üçün evə buraxılıb".
***
Tovuz rayonunun Qovlar şəhərində 18 nəfərin dönərdən zəhərlənməsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Bu barədə sorğumuza cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mətbuat Xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, agentliyin mütəxəssisləri hadisənin baş verdiyi ehtimal olunan Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində fəaliyyət göstərən "Köz dönər" ictimai iaşə müəssisəsinə baxış keçirib, müayinələrin aparılması məqsədi ilə nümunələr götürüb:
"Sözügedən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Hazırda aidiyyəti qurumlarla birgə araşdırmalar aparılır. Araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək".
Baş Prokurorluğun Mətbuat Xidmətindən isə bildirilib ki, 18 nəfərin Tovuz rayonunda fəaliyyət göstərən iaşə obyektindən alıb qəbul etdikləri dönərdən zəhərlənmələri şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına müraciət etmələri faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə həmin iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
**
Tovuz rayonunda kütləvi zəhərlənmə olub.
"Qafqazinfo"nun məlumatına görə, rayonun Qovlar şəhərində yaşayan 18 nəfər ötən gün zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.
Onların Qovlardakı dönərxanadan dönər alaraq yedikləri və qidadan zəhərləndikləri bildirilir.
Zəhərlənən şəxslər bunlardır:
Qovlar şəhər sakinləri
2001-ci il təvəllüdlü Lamiyə Elşad qızı Məmmədova;
1995-ci il təvəllüdlü Maarif Arif oğlu Məmmədov;
1984-cü il təvəllüdlü Coşqun Ağaverdi oğlu Nəsibov;
2022-ci il təvəllüdlü Tunar Ağaverdi oğlu Əhmədov;
2021-ci il təvəllüdlü Milay Elvin qızı Quliyeva;
1995-ci il təvəllüdlü Nərmin Nizami qızı Quliyeva;
İbrahimhacılı kənd sakinləri
1980-ci il təvəllüdlü Aqil Dilqəm oğlu Alıyev;
2015-ci il təvəllüdlü Eldar Vüsal oğlu Hüseynov;
2012-ci il təvəllüdlü Xəyal Eldar oğlu Hüseynov;
1966-cı il təvəllüdlü Gülnarə Həsən qızı Səfərova;
1986-cı il təvəllüdlü Aqil Cəmaləddin oğlu Səfərov;
Köhnəqala kənd sakinləri
2011-ci il təvəllüdlü Rahib İlqar oğlu Ələsgərli;
2013-cü il təvəllüdlü Fərid Tahir oğlu Mirzəyev;
2011-ci il təvəllüdlü Emil Tahir oğlu Mirzəyev;
Alakol kənd sakini
1986-cı il təvəllüdlü Turanə Yolçu qızı Mirzəyeva
Əyyublu kənd sakini
1985-ci il təvəllüdlü Nail Mehdi oğlu Qasımov;
Gəncə şəhər sakinləri
2007-ci il təvəllüdlü Xəyalə Ağasəf qızı Sadıqova;
2002-ci il təvəllüdlü Nərminə Arif qızı Məmmədova.
Qeyd edək ki, 5 gün əvvəl Qazaxda da 18 nəfər dönərdən zəhərlənmişdi.
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO










