Banner

Çuxurlar yolu iflic edib, sürücülər əks yola çıxmağa məcbur qalır - VİDEO

Hadisə 17 Noyabr 2026 11:11
Çuxurlar yolu iflic edib, sürücülər əks yola çıxmağa məcbur qalır   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Sabunçu-Zabrat yolunun bir hissəsi bərbad vəziyyətdədir.

Avtosfer.az xəbər verir ki, ərazidən keçən sürücülərdən biri bununla bağlı sosial şəbəkə hesabında video paylaşıb.

Kadrlardan görünür ki, yolun asfalt örtüyünün böyük hissəsi dağılıb, ərazi dərin çuxurlarla dolub. Bu səbəbdən sürücülər öz hərəkət zolaqları ilə davam edə bilmir, çuxurlardan yayınmaq üçün məcburən əks istiqamətli yola çıxırlar.

Nəticədə qarşıdan gələn avtomobillər dayanaraq onlara yol verməli olur. Əks halda nəqliyyat vasitələrinin çuxurlara düşərək zədələnməsi riski yaranır.

Şikayətçinin sözlərinə görə, problem illərdir davam edir. Buna baxmayaraq, aidiyyəti qurumlar tərəfindən yolun təmiri və vəziyyətin aradan qaldırılması istiqamətində indiyədək hər hansı tədbir görülməyib.

Nərmin

bax.tvhttps://bax.tv/embed/228928.html

 

 

Oxunub : 162
ŞƏRH YAZ
Ad

E-mail

Şərh