"Cybertruck"ı partladan amerikalının VİDA MƏKTUBUNDA gözlənilməz etiraf - TƏFƏRRÜAT - FOTO

ABŞ-nin Nevada ştatında "Trump International" hotelinin girişində "Tesla Cybertruck" elektrik pikapını partladan hərbçi Metyu Livelsberger posttravmatik stres pozuntusundan (PTSP) əziyyət çəkib. Bundan başqa onun ailə münasibətlərində və şəxsi zəmində inciklikləri olub.
Avtosfer.az xəbər verir ki, bu barədə "Reuters" ABŞ Federal Təhqiqat Bürosundakı mənbəyə istinadla bildirib.
FTB nümayəndəsi bunu Livelsbergerin smartfonunda tapılan qeydlərə əsasən bəyan edib.
"Subyektin seçilmiş prezident Donald Trampa qarşı düşmənçiliyi olmayıb. Qurum baş verənləri terror aktı və ya siyasi motivli cinayət kimi deyil, "faciəvi intihar hadisəsi" kimi qiymətləndirir", - deyə mənbə vurğulayıb.
O, əlavə edib ki, Livelsberger vida məktublarında "itirdiyi qardaşlarından" və "aldığı canlardan" bəhs edib. Qeydlərdə həmçinin Rusiya-Ukrayna münaqişəsinə də toxunulub.
O da qeyd edilir ki, hərbçi əvvəllər Əfqanıstanda xidmət edib ki, bu da güman ki, onda PTSP-nin inkişafına səbəb olub.
Yeri gəlmişkən, Livelsbergerin mediaya sızan elektron məktubunda ABŞ-nin gizli silahından bəhs edilib, həmçinin xüsusən Nyu-Cersi ştatında görünən və sakinləri təşvişə salan sirli dronların mənşəyi barədə məlumat verilib.
Xatırladaq ki, Livelsberger yanvarın 1-də, Las-Veqasda Trampın hotelinin yaxınlığında "Tesla Cybertruck" pikapını partladıb. Hadisə nəticəsində yeddi nəfər xəsarət alıb, hücumçunun özü isə həlak olub. Hücum Nyu-Orleanda terror aktı ilə eyni vaxta təsadüf edib. Lakin hakimiyyət orqanları bu iki hadisə arasında əlaqə görməyib.
(oxu.az)
Cərimə balı, cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO











