Daha bir piyada diqqətsizliyi faciəyə səbəb oldu - RƏSMİ

Hadisə 12 Sentyabr 2024 10:23 Oxunub 218
Daha bir piyada diqqətsizliyi faciəyə səbəb oldu - RƏSMİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sentyabrın 11-də Yevlax rayonu ərazisində dəmir yolu xəttinin üzərində faciə baş verib.

Azəbaycan Dəmir Yolları QSC-dən Avtosfer.az-a verilən məlumata görə, saat 20:28 radələrində  Ağstafa-Bakı istiqamətində hərəkət edən sürətli sərnişin qatarı Yevlax sahəsində hərəkətdə olarkən orta yaşlı bir kişi qəfil qatarın yoluna çıxıb.

Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Təəssüflə qeyd edirik ki, stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağrılsa da həmin şəxs aldığı ağır bədən xəsarətlərindən  dünyasını dəyişib.

ADY mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir və bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh