Yolu qaçaraq keçən qadını maşın vurdu; yerindəcə öldü - ANBAAN VİDEO

Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində səhər saat 7 radələrində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, paytaxt sakini Şəhriyar Qurbanzadənin idarə etdiyi "Mercedes" markalı avtomobil yolu müəyyən olunmamış yerdən keçməyə çalışan Nuridə Vəliyevanı vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Qeyd edək ki, yeni həftənin ilk günlərində piyadaların vurulması ilə bağlı beş yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, onlardan dördü ölümlə nəticələnib. Aparılan təhlillər göstərir ki, bu hadisələrin əksəriyyəti sutkanın qaranlıq vaxtında, yaşayış məntəqələrində baş verib və əsas səbəblər piyadaların yolu müəyyən edilməmiş yerlərdən keçməsi, təhlükəsizlik tələblərinə laqeyd yanaşması ilə bağlı olub.
"Bir daha diqqətə çatdırılır ki, yol hərəkəti bütün iştirakçılar üçün ümumi istifadə məkanıdır və burada müəyyən edilmiş qaydalar hər kəs üçün məcburidir. Yol hərəkəti qaydalarına əməl etməmək yalnız öz həyatını deyil, eyni zamanda digər hərəkət iştirakçılarının taleyini də təhlükə altına qoyur.
Piyadaların üzərinə düşən ən sadə, lakin həyati əhəmiyyət daşıyan tələb yolu yalnız müəyyən olunmuş keçidlərdən və diqqətli şəkildə keçməkdir. Bu qaydalara riayət edilməməsi ağır və geri dönüşü olmayan nəticələrə səbəb ola bilər.
Hörmətli piyadalar, unutmayın: yol hərəkəti qaydalarına biganə yanaşma faciə riskini artırır. Təhlükəsizlik hər kəsin şəxsi məsuliyyətidir", - qurumun məlumatına deyilir.
Bakıda 5 Nəfər FACİƏVİ ŞƏKİLDƏ öldü - Birinin 10 yaşı var...
Bütün kəndi ayağa qaldıran hadisə: gecə yarısı traktorlarla axtarışa çıxdılar - VİDEO
Təcili yardım xəstə azyaşlını yolda düşürüb getdi, köməyə yol polisləri gəldi - VİDEO
Dərnəgüldə obyekt yanır; polis əraziyə cəlb olundu - FOTO
Bakıda metronun yanında “Prado” yanıb kül oldu - VİDEO
Bakıda musiqiçi faciəli şəkildə həlak oldu - FOTOLAR
Qara tab gətirməyən ağac aşdı - Avtomobil yolu bağlandı - VİDEO
Qazaxda evin talvarı uçdu - İki avtomobilə ziyan dəydi - FOTOLAR
Bakıda "Audi" yolda yaranan çuxura düşdü - İki təkəri partladı - VİDEO
Sərnişin avtobus sürücüsünü döyüb
Bakının mərkəzində yanğın oldu; polis belə müdaxilə etdi - VİDEO











