Daha bir saxta həkim xəstəni öldürdü - İDDİA

Azərbaycanda sosial şəbəkələrdə “Gül Əliyeva” kimi tanınan Gülsüm Əliyeva ilə bağlı ciddi ittihamlar irəli sürülür. İddialara görə, Əliyeva rəsmi tibbi təhsil almadan estetik əməliyyatlar aparır və bu fəaliyyət nəticəsində bir nəfər həyatını itirib.
Avtosfer.az xəbər verir ki, bu barədə jurnalist Qənirə Ataşova öz sosial şəbəkə səhifəsində məlumat yayıb.
“Gülsüm Əliyeva uzun müddət Respublika Klinik Xəstəxanasında baş həkimin katibəsi vəzifəsində çalışıb. Vüsal adlı bir şəxslə tanışlığından sonra isə özünü həkim kimi təqdim etməyə başlayıb.
Səhiyyə Nazirliyinin məlumat bazasında Gülsüm Əliyeva həkim kimi qeydiyyatda deyil. Türkiyənin rəsmi təhsil sistemində də onun adına rast gəlinmir.
Əldə edilən sənədlərə görə, Gülsüm Əliyeva Gəncədə fəaliyyət göstərən VMR Estetik Klinikasında liposaksiya əməliyyatı aparıb. Həmin əməliyyat zamanı Gülbəniz Bayramova adlı şəxsin həyatını itirdiyi bildirilir. Sənədlərdə əməliyyatın birbaşa Gülsüm Əliyeva tərəfindən həyata keçirildiyi qeyd edilsə də, hazırda bu faktlar müxtəlif səbəblərlə gizlədilir və onun adı rəsmi sənədlərdə keçmir.
Eyni zamanda, Rusiya vətəndaşı olan Zarina Minakovskaya adlı bir şəxsin də Gülsüm Əliyeva ilə bağlı şikayəti olduğu bildirilir. Məlumata görə, Zarina xanımın paylaşım etməməsi üçün təzyiqlə qarşılaşması da narahatlıq doğuran digər bir məqamdır”, - deyə o bildirib.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












