Daha əvvəl azadlığa buraxılmış BNA vəzifəliləri niyə həbs edildi?

Ləğv edilmiş “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin vəzifəli şəxsləri - Hikmət Vəlizadə və Vüqar Hüseynov yenidən hakim qarşısına çıxarılıb. Birinci instansiya məhkəməsi onları azadlığa buraxsa da, Bakı Apellyasiya Məhkəməsi onlar barəsində həbs qərarı çıxarıb.
Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynovun həmin vəzifədə işləyərkən qeyd olunan struktur qurumun məsləhətçisi Hikmət Vəlizadə ilə əlbir olaraq 2023-cü ilin iyun-iyul ayları ərzində Bakı şəhəri ərazisində parklanma sahələrinin təşkil olunması üçün müvafiq prosedurların həyata keçirilməsi müqabilində müxtəlif şəxslərdən ümumilikdə 16 min 500 manat məbləğində pul vəsaitini rüşvət qismində almaqda təqsirli bilinərək həbs edilmişdi.
İttihama görə, özəl klinikalar, restoranlar və başqa obyektlərin qarşısında parklanmaya icazə almaqdan ötrü Bakı Nəqliyyat Agentliyinə külli miqdarda rüşvət verilib. “Avrasiya hospital”ın yerləşdiyi küçədə avtomobillərin qarşılıqlı hərəkətinə icazə olub. Klinika rəhbərliyi orada sıxlığın azalmasını istəyib. Bakı Nəqliyyat Agentliyinin vəzifəliləri onlara uyğun addım atmaqdan ötrü klinika rəhbərliyindən rüşvət alıb. Bundan sonra həmin küçədə “qarşılıqlı yol hərəkəti qadağandır” nişanı quraşdırılıb – avtomobillər üçün hərəkət birtərəfli olub.
“New Med” klinikasının önündə isə parklanmanın təşkilinə icazədən ötrü 5 min manat alınıb.
İttihamda qeyd edilir ki, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Kuzə” restoranının rəhbərliyi də obyektin önündə parklanmaya icazədən ötrü BNA-ya rüşvət verib.
Vüqar Hüseynov və Hikmət Vəlizadəyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.
Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin cinayət işi üzrə araşdırma zamanı hər iki şəxsə rüşvət alma maddəsi ilə bəraət verilmişdi. Onlar dələduzluqda təqsirli bilinərək şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılmışdılar.
Bundan sonra təqsirləndirilən şəxslər apellyasiya şikayəti verərək bəraət almaq istəyiblər. Prokurorluq isə hökmdən protest verərək hər iki şəxsin istintaq zamanı təqsirləndirildikləri maddələrlə cəzalandırılmasını istəyib.
Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxslərin bəraət istəklərinə “yox” deyib.
Prokurorluğun verdiyi protest təmin edilib. Təqsirləndirilən şəxslər barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm ləğv edilib. Adı çəkilən şəxslər rüşvət alma, vəzifə səlahiyyətlərində sui-istifadə etməkdə təqsirli bilinərək ağır cəza alıblar.
Hökmə əsasən Vüqar Hüseynov və Hikmət Vəlizadə 8 il azadlıqdan məhrum ediliblər. Həbsdə saxlanıldıqları müddət çıxılmaqla üzərlərində 6 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.
Barələrində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs ediliblər.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi 2015-ci il dekabrın 21-də Nazirlər Kabineti yanında yaradılıb.
Agentlik 2022-ci il fevralın 7-də Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib. 19 aprel 2023-cü ildə BNA ləğv olunub və əmlakı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına verilib.
İmişlidə açıq ərazidə və sexdə yanğın olub
“Nissan” və “Land Rover”i zərgərlik mağazasına çırpıb qarət etmək istədilər - VİDEO
Cəlilabadda qadın qətlə yetirilib - Şübhəli şəxs axtarılır
Oğurladığı 10 min manatla brend mağazalardan alış-veriş edən şəxs saxlanıldı – VİDEO
Park edilmiş avtomobillərin arasından yola qaçan qadın riskli vəziyyət yaratdı - VİDEO
Yasamalda hərəkətdə olan “Changan” qəfil alışdı - FHN müdaxilə etdi - VİDEO
Piyada keçidi ola-ola yolu maşınların arasından keçdilər - VİDEO
Uşaqların tədbirində hava şarı qopdu, 3 nəfər xəsarət aldı - VİDEO
Avtobusda yaşanan insident sərnişin davranışını gündəmə gətirdi
Kafedə dava edib yolda avtomobilə hücum etdilər - Hər üçünə həbs verildi
Binanın fasadı uçdu, avtomobillər altında qaldı - Bakıda dəhşət yaşandı - VİDEO










