Daşkəsəndəki qətlin bəzi təfərrüatları məlum olub - YENİLƏNİB

Daşkəsəndə 21 yaşlı gəncin qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.
Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hər iki şəxsin rayonun Xoşbulaq kəndində evləri var.
Onlar ötən gün sözügedən kəndə istirahətə gediblər. Kənddə yeyib, içdikdən sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı qətlə yetirilən İlkin Məmmədov hadisəni törətməkdə şübhəli bilinən Elçin İsmayılovun ünvanına nalayiq sözlər deyib.
Bu zaman sonuncu İ. Məmmədova bir neçə bıçaq zərbəsi vurub. Bıçaq xəsarəti alan şəxs xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə hər iki şəxs hadisə vaxtı sərxoş olub. Onların yaxın dost olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Daşkəsəndə 21 yaşlı gənc oğlanı qətlə yetirən şəxs saxlanılıb.
Avtosfer.az-ın məlumatına görə Daşkəsən rayon polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində İ. Məmmədovu qətlə yetirməkdə şübhəli bilinən, 20 yaşlı Gəncə şəhər sakini Elçin İsmayılov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Daşkəsəndə 21 yaşlı şəxs bıçaqlanıb.
Avtosfer.az xəbər verir ki, rayon sakini 2004-cü il təvəllüdlü İlkin Məmmədov bıçaqlanma xəsarəti ilə xəstəxanaya çatdırılıb.
Ona ilkin yardım göstərilib vəziyyəti ağırdır. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin huşu itib.
Hadisənin kim və ya kimlər tərəfindən törədilməsi ilə bağlı araşdırma başlanılıb.
***
Məlumata görə, bıçaqlanan gənc Gəncə sakini olub. Əməliyyat zamanı olunan müdaxilələrə baxmayaraq gəncin həyatını xilas etmək mümkün olmayıb.
Məşhurların olduğu təyyarə TƏCİLİ ENİŞ ETDİ
Ermənistan rəhbəri İkinci Qarabağ müharibəsində ölənlərin sayını bilmirmi?
Yasamalda maşın yandı; polislər söndürdü - VİDEO
Bakıda infarkt keçirən vətəndaşa belə kömək etdilər – VİDEO - YENİLƏNİB
Coşqun və Ucalın öldüyü mərkəz məşhur iş adamına məxsus imiş
Şəkidə həlak olanların ADLARI BİLİNDİ - YENİLƏNİB
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi











