Daşkəsəndə sərxoş kişi evə gec gələn arvadını döydü

Daşkəsən rayonunda kişi evə gec gələn arvadını döyüb. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə rayonun Zağalı kəndində baş verib. Kənd sakini, 1991-ci il təvəllüdlü Seymur Əliyevin həyat yoldaşının qohumları onlara qonaq gəlib. Səhəri gün qohumlar şəhərə gəzməyə getmək istədiyini deyiblər. S.Əliyevin işi olduğu üçün o, həyat yoldaşının onlarla gəzməyə getməsinə icazə verib. S.Əliyev özü isə şəxsi işlərinin arxasınca gedib. Axşam saatlarında sərxoş vəziyyətdə evə qayıdan S.Əliyev həyat yoldaşını və qonaqları evə qayıtmadığını görüb, onlara zəng vurub. O, həyat yoldaşından evin açarlarının yerini soruşub. Həyat yoldaşı evin açarlarının yerini desə də, S.Əliyev açarları tapmayıb və onları gözləyib. Qadın evə gəlib və açarları dediyi yerdən götürüb qapını açıb. Evə daxil olan cütlük arasında mübahisə başlayıb. Mübahisə nəticəsində S.Əliyev həyat yoldaşını döyərək ona xəsarətlər yetirib. Qadın hadisə ilə bağlı polis əməkdaşlarına müraciət edib. Hadisə yerinə polis əməkdaşları gəlib, faktla bağlı cinayət işi başlanıb. Daşkəsən Rayon Məhkəməsinin hökmü ilə S.Əliyevə 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və ona elektron nəzarət qolbağı tətbiq olunub.
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












