Daşkəsəndə yaşayış binasında PARTLAYIŞ: Xəsarət alan şəxsin son durumu AÇIQLANDI - YENİLƏNİB

Daşkəsəndə partlayış nəticəsində xəsarət alanın son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Daşkəsən rayon sakini 1972-ci il təvəllüdlü Nadir Telman oğlu Sadıqov bu gün saat 05:45-də yanıq xəsarətləri ilə akademik Z.Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə bədən səthinin 30-39 faiz sahəsinin termiki yanığı, tənəffüs yollarının dəqiqləşdirilməmiş lokalizasiyalı termiki yanığı diaqnozu ilə gətirilib.
(oxu.az)
***
Daşkəsən şəhərində yaşayış binasında partlayış olub.
Avtosfer.az report-a istinadən xəbər verir ki, binanın 3-cü mərtəbəsindəki mənzildə qaz sızmasından yaranan partlayış nəticəsində rayon sakini, 1972-ci il təvəllüdlü Nadir Telman oğlu Sadıqov ağır yanıq xəsarətləri alıb.
Zərərçəkən Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılması planlaşdırılıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Daşkəsən rayon Yanğından Mühafizə Hissəsinin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












